Alvaro Neqredo rəsmən "Mançester Siti"də!

Alvaro Neqredo rəsmən "Mançester Siti"də!

"Mançester Siti" "Sevilya"nın futbolçusu Alvaro Neqredonun transferini rəsmiləşdirib. Siasport.az saytı xəbər verir ki, bu barədə ingilis klubunun rəsmi saytı məlumat yayıb.Məlumata görə, ispan hücumçu ilə rəsmi müqavilə imzalanıb. Ancaq müqavilənin müddəti və məbləği barədə açıqlama verilməyib. Bununla klub bu yay üçüncü transferini edib. Qeyd edək ki, 27 yaşlı Neqredo ötən mövsüm "Sevilya" forması ilə 25 dəfə fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə