“İstərdim ki, "Neftçi" BATE ilə qarşılaşsın”

“İstərdim ki, "Neftçi" BATE ilə qarşılaşsın”

Azərbaycanlı futbol mütəxəssisi, AZAL və Qazaxıstanın "Aktobe" klubunun sabiq məşqçisi Elxan Abdullayev "Neftçi"nin Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqiblərini dəyərləndirib. Siasport.az saytı xəbər verir ki, E.Abdullayev Azerisport.az saytına müsahibəsində bildirib ki, o "Neftçi"nin "BATE" ilə qarşılaşmasını istəyir: "Fikrimcə, biz hələ "Neftçi"nin Albaniya "Skenderbeu"su ilə mübarizəsindən kimin qalib ayrılacağını gözləməliyik. Amma potensial rəqiblərə gəlincə, istərdim ki, "Neftçi" Belarus çempionu ilə qarşılaşsın. Çünki "Şaxtyor" komandamız üçün heç də münasib rəqib olmaya bilər. Birincisi, Qazaxıstana yol uzaqlığını nəzərə almaq lazımdı. Üstəlik, orda hava şəraiti də futbolçularımız üçün münasib deyil. Orda həddən artıq isti olur. "Neftçi"nin daha mülayim iqlimdə oynaması yaxşı olardı. BATE öz futbolunu oynayan, texnikalı komandadı. "Şaxtyor" isə elə komandadı ki, ancaq nəticəyə oynayacaq, sona kimi mübarizə aparacaq. Qazaxlar müdafiə futbolu oynayacağından onlara qol vurmaq çətin olacaq. "Neftçi" üçün də belə rəqiblərlə mübarizə aparmaq heç də asan sayılmır".

Bütün xəbərlər Facebook səhifəmizdə