AFFA Berti Foqtsa "əlvida" deməyə hazırlaşır...

AFFA Berti Foqtsa "əlvida" deməyə hazırlaşır...
AFFA, futbol üzrə milli komandamızın baş məqşçisi olan Berti Foqtsa "əlvida" deməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, bu barədə AFFA-nın baş katibi olan Elxan Məmmədov bəyan edib: "Yığmamızın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində üç oyunu qalıb. Həmin oyunlarda komandaya yenə də Berti Foqts rəhbərlik edəcək. Amma yaxın zamanlarda biz komandamızın baş məşqçisi postuna digər namizədlərin axtarışına başlayacağıq. Siyahı AFFA İcraiyyə Komitəsində hazırlanacaq və biz öz seçimimizi edəcəyik. Yığmamızın baş məşqçisi postunu tutmaq istəyən məşqçilər var". Məmmədovun sözlərinə görə, namizədlər arasında həm yerli, həm də əcnəbi mütəxəssislər var: "Əgər mən indi Qurban Qurbanovdan danışsam, onda digər yerli mütəxəssislərin zənglərindən telefonum susmayacaq. Bir il öncə biz həqiqətən Qurbanovla maraqlanırdıq. Amma indi vəziyyət dəyişib". Xatırladaq ki, B.Foqts Azərbaycan yığmasını 2008-ci ildən çalışdırır. Onun rəhbərliyi altında komandamız artıq üçüncü seçmə mərhələni başa vurmaq üzrədi.

Bütün xəbərlər Facebook səhifəmizdə