Rəşad Sadıqov: "Şanslar hələ də bərabərdi"

Rəşad Sadıqov: "Şanslar hələ də bərabərdi"
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi

- Polşa "Piast"ı ilə ilk oyun barədə nə deyə bilərsiz?
- Biz oyuna istədiyimiz kimi başlaya bilmədik. Buna baxmayaraq, oyunda dönüş yaratmağı bacardıq. İkinci hissə ilk yarı ilə müqayisədə daha yaxşı alındı. Amma cavab görüşü bundan da çətin olacaq.

- Nəticədən razısız?
- Oyunun gedişində məğlub olduğumuzu nəzərə alsaq, bu nəticəni qənaətbəxş saymaq olar. Hər halda ilk oyundan qalib ayrılmağı bacardıq.

- Niyə birinci hissədə istədiyiniz oyunu göstərmək mümkün olmadı?
- Biz rəqibi o qədər də yaxşı tanımırdıq. Həm də oyunumuz getmirdi. Onlardan bu qədər fəal pressinq gözləmirdik. İkinci hissədə biz oyun üslubumuzu dəyişdik. Məhz ondan sonra nəsə alınmağa başladı.

- Növbəti matçdan nə gözləyək?
- Şanslar hələ də bərabərdi. Baxmayaraq ki, polyakların müəyyən üstünlüyü var. Çünki səfərdə qol vurublar. Cavab görüşündə biz də mütləq qol vurmalıyıq.

- "Piast"dan Qlivitsada nə dərəcədə fərqli oyun gözləmək olar?
- Şübhəsiz ki, öz meydanlarında onlar daha aqressiv futbol sərgiləyəcəklər. Rəqib atletik futbola üstünlük verir, çox fəal pressinq tətbiq edir. Bunu ev oyununda daha güclü şəkildə həyata keçirəcəklərini gözləyirəm. Həmçinin ikinci mərtəbədə bizi üstələyirlər. Bu üzdən də bizə çox çətin olacaq.

- Nikolas Gelaşvili hələ də ümidləri doğrulda bilmir...

- Bilmirəm. Ümumiyyətlə, onun oyununu şərh etmək istəmirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com