UEFA "Fənərbaxça" və "Beşiktaş"ı bağışladı?

UEFA "Fənərbaxça" və "Beşiktaş"ı bağışladı?
UEFA-nın iki il müddətinə avrokuboklardan uzaqlaşdırdığı Türkiyənin "Fənərbaxça", eləcə də bir illik cəzalandırılan "Beşiktaş" klubları sevindirici xəbər alıb. Siasport.az saytı xəbər verir ki, hər iki türk klubu bu mövsüm avrokuboklarda çıxış edə biləcək. Bu barədə "Fənərbaxça" və "Beşiktaş"ın rəsmi saytları məlumat yayıb. Belə ki, Türkiyə klublarının bir neçə aydı apardığı mübarizə nəhayət sonda bəhrəsini verib və UEFA çıxardığı cəza qərarını ləğv edib. Artıq UEFA da bu barədə rəsmi saytı vasitəsilə xəbər yayıb və məlumatı təsdiqləyib. Qeyd edək ki, "Fənərbaxça" bu mövsüm UEFA Çempionlar Liqasında, "Beşiktaş" isə Avropa Liqasında iştirak etmək hüququna malikdi.

Bütün xəbərlər Facebook səhifəmizdə