Mikayıl Nərimanoğlu: "Belə bir şey ola bilməz"

Mikayıl Nərimanoğlu: "Belə bir şey ola bilməz"

Dünən keçirilən "Neftçi" "Skenderbue" görüşündən sonra Bakı klubunun futbolçularına jurnalistlərlə təmas etmək qadağan olunmuşdu. Siasport.az saytı xəbər verir ki, təhlükəsizlik xidmətinin əməkdaşları bu tapşırıqın AFFA-dan verildiyini deyərək, jurnalistlərlə futbolçular arasında sədd qurumuşdular. AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu Sportarena.az saytına verdiyi açıqlama bildirib ki, bunlar şayiədən başqa bir şey deyil: "Belə bir şeyin olması qeyri- mümkündür. Çünki bu yarışı UEFA-nın bayrağı altında ev sahibi kimi "Neftçi" təşkil edib. Belə olan halda biz necə bura müdaxilə eib tapşırıq verə bilərik?."

Bütün xəbərlər Facebook səhifəmizdə