Georgi Çixradze "Olimpiakos"la keçirilən oyundan danışdı

Georgi Çixradze "Olimpiakos"la keçirilən oyundan danışdı

Zaqatalanın "Simurq" klubunun baş məşqçisi Georgi Çixradze maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, gürcü mütəxəssis Yunanıstan "Olimpiakos"u ilə keçirilən yoxlama oyunundan sonra komandanın rəsmi saytına bir sıra fikirlərini açıqlayıb: "Güclü rəqiblə görüş, bizim baxımımızdan çox yaxşı sınaq oldu. Bu mərhələdə özümüzü yoxlaya bildik. Oyun haqqında isə onu deyə bilərəm ki, "Olimpiakos" yüksək səviyyəli komandadır. Hər il Çempionlar Liqasında mübarizə aparır. Biz isə xüsusən birinci hissədə pis görünmədik. Rəqib demək olar ki, bizə qarşı eyni səviyyəli üç heyətlə mübarizə apardı. Hər yarım saatdan bir dəyişiklik edirdilər. Əlbəttə ki, bizim komandamız isə hələ tam formalaşmayıb. Məğlub olmağımıza baxmayaraq, bu mənzərədən demək olar ki, ilk hissədə penaltidən yararlana bilməsək də, yaxşı oyun göstərdik. Düşünürəm ki, əsas heyəti qurmaq prosesini davam etdirməliyik. Seleksiya işləri hələ başa çatmayıb".
O, həmçinin hazırda baxışda olan Eudi Silvanın oyununuda dəyərləndirib: "Eudis demək olar ki, bu gün özünü pis göstərmədi. Ancaq düşünürəm, o, hələ tam potensialın ortaya qoya bilmədi. Çünki hazırda "Olimpiakos" kimi güclü rəqibə qarşı oynamağa hazır deyil. Hansı ki, tezliklə Çempionlar Liqasında mübarizə aparacaq. Hazırlığı fonunda onun yaxşı vəziyyətləri olsa da, tam səviyyəsini göstərə bilmədi".

Bütün xəbərlər Facebook səhifəmizdə