"Qarabağ"ın rəqibi Bakıdadır

Sabah UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda "Qarabağ"la qarşılaşacaq Polşa "Piast"ı, artıq dünən paytaxtımıza gəlib. Siasport.az saytı xəbər verir ki, Polşa klubu ölkəmizə 22 futbolçu ilə təşrif buyurub. Lakin komanda Azərbaycana tam heyətlə gələ bilməyib. Belə ki, "Piast" klubu zədə səbəbindən qapıçı Dariuş Trela və yarımmüdafiəçi Boyçex Kedziorun xidmətindən istifadə edə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə