UEFA Çempionlar Liqası: "Styaua" sensasiyaya imkan vermədi

UEFA Çempionlar Liqası: "Styaua" sensasiyaya imkan vermədi

Dünən axşam UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib. Siasport.az saytı xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub. Turnirin açılış oyununda "Viktoriya" (Çexiya) və "Jelezniçar" (Bosniya və Herseqovina) komandaları qarşılaşıb. Oyunda qapılara yeddi qol vurulub. Görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Ən böyük hesablı qələbə isə Gürcüstanın "Dinamo" və Farer adalarının "Steymur" komandaları arasında keçirilən oyunda qeydəalıb. Belə ki, "Dinamo" rəqibinə 6:1 hesabı ilə qalib gəlib. Günün son qarşılaşması isə Rumıniyada keçirilib. Burada "Styaua" klubu Makedoniya çempionu "Vardar"ı sınağa çəkib və 3:0 hesablı qələbə qazanıb.

16 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunları

20:30. "Viktoriya" (Çexiya) – "Jelezniçar" (Bosniya və Herseqovina) - 4:3
Qollar:
Tomik, 52 (0:1), Çisovski, 63 (1:1), Kolar, 66 (2:1), 75 (3:1), Selimoviç, 78 (3:2), Raytoral,81 (4:2), Buçan, 85 (4:3)

21:00. BATE (Belarus) – "Şaxtyor" (Qazaxıstan) - 0:1
Qol:
Xijniçenko, 48 (0:1)

21:00. "Dinamo" (Gürcüstan) – "Streymur" (Farer adaları) - 6:1
Qollar:
Ustaritiz, 40 (1:0), Glisiç, 42-avtoqol (1:1), Dvali, 43 (2:1), Qriqalaşvili, 72 (3:1), Xisko, 75 (4:1), Vouho, 77 (5:1), 87 (6:1)

22:00. "Şerif" (Moldova) – "Sutyeska" (Monteneqro) - 1:1
Qollar:
Luvannor, 45 (1:0), Pejoviç, 55 (1:1)

22:00. "Ekranas" (Litva) – "Hafnarfyordur" (İslandiya) - 0:1
Qollar:
Vidarsson, 29 (0:1)

22:30. "Fola" (Lüksemburq) – "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:5
Qollar:
Soudani, 59 (0:1), 63, (0:2), Kop, 64 (0:3), Ademi, 75 (0:4), Fernandes, 79 (0:5)


22:30. "Birkirkara" (Malta) – "Maribor" (Sloveniya) - 0:0


22:45. "Styaua" (Rumıniya) – "Vardar" (Makedoniya) 3:0
Qol:
Tanase, 12 (1:0), Pintili, 22 (2:0), Pavloviç, 45+1 (3:0)

17 iyul

18:00. "Şirak" (Ermənistan) – "Partizan" (Serbiya)

20:30. HİK (Finlandiya) – "Nomme Kalyu" (Estoniya)

21:00. "Neftçi" (Azərbaycan) – "Skenderbeu" (Albaniya)

22:00. "Sliqo Rovers" (İrlandiya) – "Molde" (Norveç)

22:00. "Elfsborq" (İsveç) – "Dauqava" (Latviya)

23:15. TNS (Uels) – "Legiya" (Polşa)

23:15. "Slovan" (Slovakiya) – "Ludoqorets" (Çexiya)

23:30. "Qyor" (Macarıstan) – "Makkabi" (Təl-Əviv, İsrail)

23:45. "Kliftovill" (Şimali İrlandiya) – "Seltik" (Şotlandiya)

Bütün xəbərlər Facebook səhifəmizdə