"Barselona" futbol klubu, ispaniyalı futbolçusu Sesk Fabreqas üçün "Mançester Yunayted"dən gələn 30 milyon avroluq təklifi rədd edib. Siasport.az saytı xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Tito Vilanova ispan oyunçu üçün təkliflərin gəldiyini təsdiqləyib. Lakin təcrübəli mütəxəssis Fabreqası satmayacaqlarını bildirib: "Təklif gəldiyini bilirəm. Onunla danışdım və Fabreqas mənə burada qalmaq və "Barselona" ilə yeni uğurlar əldə etmək istədiyini söylədi". Qeyd edək ki, Fabreqas 2011-ci ildə "Arsenal"dan "Barselona"ya transfer olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB