"Qalatasaray" Umut Bulutun transferini rəsmən elan edib. Siasport.az saytı xəbər verir ki, son Türkiyə çempionu Fransanın "Tuluze" klubunda çıxış edən U.Bulutu birdəfəlik heyətinə qatıb. Keçən mövsümdə icarə əsasında "Qalatasaray"da çıxış edən U.Bulut, öz texnikalı futbolu ilə "com bom" azarkeşlərinin və baş məşqçi Fatih Terimin də rəğbətini qazanmışdı. Məlumata əsasən, türkiyəli futbolçu ilə 3 illik müqavilə imzalanıb. "Qalatasaray" U.Bulutun transferi üçün Fransa klubuna 17 milyon avro ödəyib. U.Bulut yeni komandasında ildə 1,85 milyon avro qazanacaq. Xatırladaq ki, ötən il icarə əsasında "Qalatasaray"da çıxış edən U.Bulut, meydana çıxdığı 27 qarşılaşmada 12 qola imza atmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB