İstanbulun "Qalatasaray" futbol klubu, "Yuventus"un braziliyalı forvardı Felipe Melonu icarə əsasında heyətinə qatmaq üçün İtaliya çempionu ilə danışıqlara başladığını rəsmən bəyan edib. Siasport.az saytı xəbər verir ki, "cim bom"un rəsmi internet səhifəsindən yayılan məlumatda deyilir ki, artıq braziliyalı futbolçunun daha 1 il "Qalatasaray"da çıxış etməsi üçün "Yuventus" rəhbərliyi ilə ilkin danışıqlara start verilib. Məlumata əsasən, "qoca sinyora" da F.Melonun "Qalatasaray"da çıxış etməsinə müsbət yanaşır. Xatırladaq ki, F.Melo artıq 2 ildir ki, icarə əsasında İstanbul klubunda çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB