"Neftçi"nin rəqibi dünən axşam Bakıya gəlib

"Neftçi"nin rəqibi dünən axşam Bakıya gəlib

"Neftçi"nin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Albaniyanın "Skenderbeu" klubu, artıq dünəndən Bakıya gəlib. Siasport.az saytı xəbər verir ki, Korçe təmsilçisi dünən axşam saatlarında Azərbaycan paytaxtına təşrif buyurub. "Skenderbeu" Bakıya tam heyətlə gəlib. Komanda ilə yanaşı ölkəmizə iki albaniyalı jurnalist də səfər edib. Qeyd edək ki, "Neftçi" – "Skenderbeu" oyunu iyulun 17-də Bakıda, "Dalğa Arena"da keçiriləcək və saat 21.00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə