"Arsenal"ın baş məşqçisi Arsen Venger, İngiltərə mətbuatında maraqlı açıqlamlarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbol mütəxəssisi keçən mövsüm "Arsenal"ın uğursuz çıxış etməsi ilə bağlı həm azarkeşlərin, həm də futbol tənqidçilərinin dedikləri iradları qəbul etdiyini dilə gətirib. O bildirib ki, artıq gələcək mövsüm üçün komandanın qarşısında ciddi hədəflər qoyulub. A.Venger, eyni zamanda Luis Suares, Uen Runi, Qonzales İquain kimi futbolçuların "Arsenal"a keçəcəkləri ilə bağlı ingilis mətbuatında yazılanları şayiə adlandırıb: "Onların klubları ilə müqavilələri var. Azarkeşlər ulduz oyunçuların komandaya gətirilməsini istəyir. Ancaq bizim sayca çox transferə deyil, səviyyəli oyunçuya ehtiyacımız var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB