"Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak Türkiyənin "Cihan" agentliyinə açıqlama verib. Siasport.az saytı xəbər verir ki, dünyanın tanınmış futbol mütəxəssislərindən sayılna C.Toşak, Türkiyə futbol klubları arasında "Beşiktaş"ı üstün saydığını dilə gətirib: "Qalatasaray" özəl, "Fənərbaxça" gözəl komandadır, amma ən böyük "Beşiktaş"dır. Bir vaxtlar "Beşiktaş"da çalışdığım üçün xoşbəxtəm. "Real"dan təklif almasaydım, Türkiyədə daha çox qalmaq istəyərdim". Uelsli mütəxəssis, müsahibəsində Avroliqanın II təsnifat mərhələsində qarşılaşacaqları Hayfa "Makkabi"si haqda da fikirlərini açıqlayıb: "İsrailə səfər öncəsi komandada müəyyən problemlər var. Futbolçular oyuna tam hazır deyil. Buna da səbəb mövsümün yenicə bitməsidir. Ancaq səfərdə uğurlu nəticə qazana bilsək, öz meydanımızda möhtəşəm azarkeş dəstəyi ilə mərhələni keçə biləcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB