Yeni futbol mövsümünə hazırlaşan "Rəvan", daha bir yoxlama oyununda qüvvəsini sınayıb. Siasport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi bu dəfə AZAL ilə münasibətlərə aydınlıq gətirib.Yoldaşlıq görüşü olmasına baxmayaraq gərgin keçən qarşılaşmada "təyyarəçilər" 1:0 hesabı ilə qələbə qazanıblar. Baş məşqçi Ramil Əliyev ilk dəqiqələrdən bu futbolçuları meydana buraxıb: Lukaş Sapela – Orxan Lalayev, Yovan Vidoviç, Şəhriyar Rəhimov (k), Yamin Ağakərimzadə - Ceyhun Cavadov, Miloş Adamoviç – Elvin Həsənəliyev, Kamil Nurəhmədov, Ayaz Mehdiyev – Xuan Manuel Varea. İkinci hissədə isə Ramazan Abbasov ilə Cəmil Rəhimli meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB