"Liverpul"un baş məşqçisi Brendan Rocers, Luis Suarezin klubda qalıb-qalmayacağına aydınlıq gətirib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi "Talk Sport"a müsahibəsində deyib ki, uruqvaylı hücumçunu satmaq istəmirlər: "Suarezin bizimlə hələ üç illik müqaviləsi var. Onun bizimlə qalmasını istəyirik. Bu mövsüm Premyer Liqada daha yüksək yerlərə qalmaq istəyirik. Suarezə dəyər veririk. O, ötən mövsüm çox yaxşı idi və bunun bir daha təkrarlanmasını arzulayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB