Ağdamın "Qarabağ" futbol klubunun Avroliqanın 2-ci təsnifat mərhələsindəki rəqibi olan "Pyast"ın Bakıya gələcəyi tarix məlum olub. Siasport.az saytı xəbər verir ki, bu barədə Polşanın przegladsportowy.pl saytı məlumat yayıb. Xəbərdə deyilir ki, Qlivitse təmsilçisi iyulun 16-sı səhər saatlarında Bakıya yola düşəcək. Komanda bura daha bahalı olan çarter reysi ilə gələcək. Polşalılar Varşava – Frankfurt – Bakı reysi ilə vaxt itirəcəklərindən bu üsula əl atıb. Qeyd edək ki, "Qarabağ" - "Pyast" oyunu iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB