Dünən UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" klubu doğma meydanda "Metallurq"la üz-üzə gəlib. Siasport.az saytı xəbər verir ki, səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisini bu görüşdə istənilən heç-heçə də qane edəcəkdi. Lakin bu görüşdə də rəqibini 1:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi növbəti mərhələyə yüksəlib. Qeyd edək ki, "Qarabağ" növbəti mərhələdə Polşanın "Piast" klubu ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB