Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib.
SİA-nın məlumatına görə, təmsilçilərimizdən "Xəzər Lənkəran" doğma azarkeşləri önündə "Slima" ilə qarşılaşıb.
Maltada rəqibi ilə 1:1 bərabərə qalan Con Toşakın komandası bu görüşün əsas favoriti hesab olunurdu.
Lənkəran stadionunda keçirilən oyun "Xəzər Lənkəran"ın qələbəsilə başa çatıb (1:0).
Qeyd edək ki, "Xəzər Lənkəran" ikinci mərhələdə İsrailin "Makkabi" (Hayfa) klubu ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB