Avstriyada təlim-məşq toplanışında olan Bakının "Neftçi" klubu dünən növbəti yoxlama matçında da meydanı məğlub tərk edib.Siasport.az saytı xəbər verir ki, son Azərbaycan çempionu Almaniyanın "Dinamo" (Drezden) klubu ilə qarşılaşmada 1:2 hesabı ilə məğlub olub. Görüşdə hesabı açan tərəf "Neftçi" olsa da, sonda meydanı məğlub tərk edib. Böyükağa Hacıyevin komandası bu gün vətənə dönərək Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacağı "Skenderbeu" ilə oyuna hazırlaşacaq. Qeyd edək ki, "Neftçi" - "Skenderbeu" oyunu iyulun 17-də, saat 21:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB