Polşalı hakim "Neftçi"nin oyununa təyinat aldı

Polşalı hakim "Neftçi"nin oyununa təyinat aldı

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Skenderbeu" - "Neftçi" matçının baş hakiminin adı açıqlanıb. Siasport.az saytı xəbər verir ki, Korça şəhərində baş tutacaq oyunu polşalı referi Pavel Gil idarə edəcək. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qeyd edək ki, "Skenderbeu" - "Neftçi" oyunu iyulun 23-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə