Azərbaycanlı iş adamı Hafiz Məmmədovun səhmlərini aldığı "Lans" klubu ikinci liqaya qaytarılıb. Siasport.az saytı xəbər verir ki, Fransa Futbol Federasiyasının idarəetmə sahəsinə nəzarət üzrə komissiyasının dünən baş tutan iclasında bununla bağlı qərar verilib.Xatırladaq ki, "Lans" maddi təminat məktubunu vermədiyi üçün bu yaxınlarda üçüncü liqaya göndərilmişdi. H.Məmmədov bu kluba sahib olduqdan sonra isə təminat məktubu Federasiyaya təqdim edilib. Bu səbəbdən federasiya əvvəl çıxardığı qərarı ləğv edib. Beləliklə, yeni mövsümdən "Lans" yüksək liqaya vəsiqə uğrunda yarışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB