"Neftçi" "Terek"lə "sülh" bağladı

"Neftçi" "Terek"lə "sülh" bağladı

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" dünən daha bir yoxlama oyununda qüvvəsini sınamalı olub. Siasport.az saytı xəbər verir ki, sayca beşinci olan hazırlıq matçında son ölkə çempionu Rusiya premyer liqa təmsilçisi "Terek"lə qarşılaşıb. Bakı vaxtı ilə saat 18:30-da başlayan oyunda hesabl açılmayıb - 0:0.

Qeyd edək ki, bu, "Neftçi"nin Qroznı klubu ilə ilk oyunu deyildi. Belə ki, keçən ilin yanvarında Çeçenistanın sabiq prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş turnirdə də bu komandalar üz-üzə gəlmişdi. Sözügedən qarşılaşmada "Neftçi" "Terek"i 3:0 hesabı ilə məğlub etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə