İstanbulun "Qalatasaray" futbol klubunun hollandiyalı ulduz futbolçusu Uesli Şneyder, iddialı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, keçən mövsüm Milan "İnter"ini İstanbul klubuna dəyişən hollandiyalı ulduz futbolçu, "Qalatasaray" azarkeşlərinin möhtəşəm olduqlarını dilə gətirib. "GSTV"-yə müsahibə verən U.Sneyder, bu mövsüm komandanın uğurları üçün var gücü ilə çalışacağını bildirib. U.Sneyder, yeni mövsümdə "Qalatasaray" azarkeşlərinin arzuladıqları Sneyderin meydanda olacağını elan edib: "Azarkeşlərimizi əmin edirəm ki, əsl Sneyderin futbol bacarığını bu mövsüm yaşıl meydanlarda aydın görəcəklər. Keçən il komandaya adaptasiya olunmağım üçün nə qədər vaxt keçdi. Amma söz verirəm ki, bu il hər şey tamam başqa olacaq."-deyə U.Sneyder fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB