İspaniyanın "Barselona" klubu İngiltərənin "Mançester Yunayted" və İngiltərə milli komandasının hücumçusu Ueyn Runini transfer etmək niyyətindədir. Siasport.az saytı xəbər verir ki, bu barədə "Goal.com" saytı məlumat yayıb. Kataloniya klubu 27 yaşlı futbolçunun keçidi ilə bağlı sazişə yarımmüdafiəçi Tiaqo Alkantara və hüçumçu David Vilyanı daxil etməyə hazırdır. "Barselona" öz oyunçuların 26 milyon avro, Runini isə 30 milyon avro dəyərində qiymətləndirir. Klub yaxın günlərdə belə təkliflə İngiltərə təmsilçisinə müraciət edəcək. Xatırladaq ki, daha əvvəl məlumat yayılıb ki, Alkantara bu həftə "Mançester Yunayted"lə 5 illik müqavilə imzalayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB