"Liverpul" "Arsenal"a yenə rədd cavabı verdi

"Liverpul" "Arsenal"a yenə rədd cavabı verdi

İngiltərənin "Liverpul" futbol klubu, "Arsenal"ın transfer təklifini növbəti dəfə rədd edib. Siasport.az saytı xəbər verir ki, "topçular" Luis Suares üçün "Liverpul"a 30 milyon avro təklif etsələr də, qarşı tərəf bu təklifi qəbul etməyib. "Liverpul" rəhbərliyi, artıq bu futbolçunu heyətdə saxlamaq üçün ciddi işlərə başlayıb. Amma bir məsələ də var ki, futbolçunun özü artıq İngiltərə Premyer Liqasında oynamaq istəmədiyini açıqca dilə gətirib. Çox güman ki, bu futbolçunun transferində daha çox Madrid "Real"ı aktiv rol oynayacaq. Çünki L.Suares dəfələrlə kral klubunda oynamaq istədiyini elan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə