Avropa Liqasında mübarizə aparan Ağdamın "Qarabağ" futbol klubu, daha bir futbolçunun adını iştirak ərizəsinə salıb. Siasport.az saytı xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.UEFA saytının məlumatına əsasən, adı iştirak ərizəsinə salınan bu futbolçu, Ağdam təmsilçisinin bugünlərdə rəsmən heyətinə qatdığı konqolu Uilrix Kapolonqodur. 23 yaşlı hücumçu baş məşqçi Qurban Qurbanovun qarşıdakı "Metallurq"la (Makedoniya) matçda şans verəcəyi təqdirdə ilk dəfə avrokuboklarda debüt edəcək.
Ümumilikdə, "Qarabağ" iştirak ərizəsinə aşağıdakı futbolçuların adlarını daxil edib (Ağdam təmsilçisi növbəti mərhələlərə keçəcəyi təqdirdə yeni oyunçular sifariş edə bilər):
Qapıçılar: 1. Fərhad Vəliyev, 12.Osman Umarov, 89. Miro Varvodiç
Müdafiəçilər: 2. Qara Qarayev, 3. Kamil Hüseynov, 4. Bilal Abbaszadə, 5.Maksim Medvedyev, 14. Rəşad Sadıqov, 24. Admir Teli, 25. Ansi Aqoli, 33. Təmkin Xəlilzadə, 44. Eltun Yaqublu, 55. Bədavi Hüseynov
Yarımmüdafiəçilər: 7. Namiq Yusifov, 9.Reynaldo, 10. Muarrem Muarrem, 15. Toğrul Bilallı, 16. Leroy Corc, 18. İlqar Qurbanov, 19. Murad Səttartlı, 20. Riçard Almeyda, 27. Elvin Musazadə
Hücumçular: 6. Hacı Əhmədov, 11.Nikoloz Gelaşvili, 17. Vüqar Nadirov, 21. Tural İskəndərov, 22. Tural Rzayev, 88. Ulrix Kapolonqo
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB