Kiprli hakim "Neftçi"nin oyununu idarə edəcək

Kiprli hakim "Neftçi"nin oyununu idarə edəcək

Futbol üzrə son Azərbaycan çempionu Bakının "Neftçi" klubunun UEFA Çempionlar Liqasında keçirəcəyi ilk oyununda kiprli hakimlər briqadası ədalət təmsilçisi olacaqlar. Siasport.az saytı xəbər verir ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk qarşılaşmasında "ağ-qaraların" "Skenderbeu" ilə keçirəcəkləri ilk qarşılaşmanı Kiprli Leontios Trattou idarə edəcək. Xatırladaq ki, "Neftçi" – "Skenderbeu" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə