Çempionumuz İsrail klubuna məğlub olub
"Neftçi" uduzdu

Son üç mövsümün Azərbaycan çempionu "Neftçi" futbol klubu Avstriyada təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirib.

Aldığımız məlumata görə, budəfəki rəqib İsrailin "Makkabi" klubu olub. Avropa Liqasının II təsnifat mərhələsində "Xəzər Lənkəran"ın potensial rəqibi olan "Makkabi" çempionumuzu 3:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, "Neftçi" Avstriyada ilk yoxlama oyununda Rusiyanın "Volqa" klubuna uduzmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə