"Çelsi" gənc hollandiyalı üçün 10,5 milyon avro ödəyəcək

"Çelsi" gənc hollandiyalı üçün 10,5 milyon avro ödəyəcək

İngiltərənin "Çelsi" futbol klubu, Hollandiyanın "Vitesse" klubundan transfer etdiyi 20 yaşlı Marko van Ginkel üçün qarşı tərəfə böyük miqdarda transfer haqqı ödəyəcək. Siasport.az saytı xəbər verir ki, "zadəğanların" gənc hollandiyalı üçün verəcəkləri rəqəmi UEFA-nın rəsmi saytı elan edib. Xəbərdə deyilir ki, Joze Mourinyonun komandası gənc hollandiyalı üçün düz 10,5 milyon avro verəcək. "Çelsi"nin rəsmi saytı da xəbəri təsdiqləyərək, ödənişin gələcək həftə ərzində reallaşacağını yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə