"Fiorentino" 20 milyon avro üzündən Mario Gomesden imtina etdi!

"Fiorentino" 20 milyon avro üzündən Mario Gomesden imtina etdi!

İtaliyanın "Fiorentino" futbol klubu, Almaniyanın "Bavariya" futbol klubundan ayrılmaq istəyən Mario Gomezi transfer etməkdən imtina edib. Siasport.az saytı xəbər verir ki, İtaliya klubunun bu addımı atmasına səbəb, "pivəçilərin" futbolçu üçün tələb etdikləri fantastik transfer qiymətidir. Belə ki, "Bavariya" M.Gomez üçün italyanlardan düz 20 milyon avro pul tələb edib. "Fiorentino" neçə müddət idi ki, bu futbolçunun transfer olunması üçün çalışırdı. Xatırladaq ki, "Bavariya"nın çempion olmasında və UEFA Çempionlar Liqasını qazanmasında böyük rola sahib olan M.Gomez, komandanın yeni baş məşqçisi Xose Guardiolanın onu heyətdə görmək istəmədiyini bildirməsindən sonra özünə yeni komanda axtarışına çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə