Alveş: "Fənərbaxça"ya çempion olmaq üçün gəlmişəm"

Alveş: "Fənərbaxça"ya çempion olmaq üçün gəlmişəm"

İstanbulun "Fənərbaxça" futbol klubunun portuqaliyalı forvardı Bruno Alveş, iddialı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbol ulduzu gələn mövsüm yeni komandası ilə türkiyə çempionu olmaq istədiyini elan edib. O bildirib ki, "Fənərbaxça"nın hazırkı heyəti olduqca güclü futbolçulardan qurulub. Portuqaliyalı qeyd edib ki, İstanbul klubuna ancaq və ancaq çempion olmaq üçün gəlib. Komanda yoldaşlarının da bu məqsədə kökləndiklərini deyən portuqaliyalı qeyd edib ki, UEFA tərəfindən "Fənərbaxça"ya verilən cəza onları mənəvi baxımdan "sındırmaq" gücündə deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə