Roberto Karlos iddialı danışdı!

Roberto Karlos iddialı danışdı!

Türkiyənin "Sivasspor" futbol klubunun yeni baş məşqçisi olan Roberto Karlos, iddialı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, ötənlərin ulduz futbolçusu olan məşhur braziliyalı, türkiyəli jurnalistlər üçün brifinq keçirib. O, təlim-məşq prosesi abrədə məlumat verərək bildirib ki, futbolçuların fiziki hazırlığına ciddi önəm verir: "Futbolçularıma dediklərimi sizə də təkrarlaya bilərəm. Var gücümüzlə fiziki hazırlığımızı yüksəltməyə çalışacayıq. Hədəfimiz gələn il UEFA Çempionlar Liqasına yüksəlməkdir. Əminəm ki, futbolçularımla birlikdə bunu bacaracayıq. Xüsusi ilə "Qalatasaray" və "Fənərbaxça" kimi güclü klublara qarşı əsas rəqibə çevrilmək iddiasindayıq"-deyə R.Karlos bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə