Beynəlxalq şahmat ustası Bakıda olub

Beynəlxalq şahmat ustası Bakıda olub

Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmov Serbiyanın Gənclər və İdman naziri, qadın qrossmeyster və beynəlxalq şahmat ustası Alisia Mariçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. MB-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə əsasən Azərbaycan və Serbiyada şahmat sahəsində əldə olunmuş uğurlar, şahmat oyununun və şahmatçıların inkişafı sahəsində görülmüş tədbirlərə dair müzakirələr aparılıb.

Serbiyanın Gənclər və İdman naziri A.Mariç ölkədə şahmatın inkişafı üçün görülmüş işləri yüksək qiymətləndirərək Azərbaycanın 2015-ci il Dünya Kuboku və 2016-cı il Ümumdünya Şahmat Olimpiadası kimi mötəbər yarışları uğurla həyata keçirəcəyinə əminliyini ifadə edib.

Mərkəzi Bankın sədri və Azərbaycan Şahmat Federasiyasının prezidenti E.Rüstəmov ölkədə şahmatın inkişafının xüsusi diqqət mərkəzində olduğunu qeyd edərək, bu istiqamətdə görülmüş işlər barədə ətraflı məlumat verib, ölkədə şahmata yüksək səviyyəli dəstəyin bariz nümunəsi kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişafı" haqqında qəbul olunmuş Dövlət Proqramını xüsusilə vurğulanıb. O, həmçinin Azərbaycan və Serbiyanın şahmat sahəsində uzunmuüddətli əməkdaşlıq ənənəsinə əsaslanaraq gələcəkdə də sıx əlaqələrin qurulmasında əminliyini qeyd edib.

Görüş zamanı Azərbaycan və Serbiya Şahmat Federasiyaları arasında gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə