AFFA-da İşçi Qrupu yaradılıb

AFFA-da İşçi Qrupu yaradılıb
2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 may 2013-cü il tarixli Sərəncamına əsasən sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub. Siasport.az saytının məlumatına görə, 2020-ci ildə futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə bağlı namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq UEFA-ya təqdim etmək üçün sifariş kitabının hazırlanması məqsədilə AFFA-nın prezidenti Rövnəq Abdullayevin əmri ilə İşçi Qrup yaradılıb. İşçi Qrupun rəhbəri AFFA-nın baş katibi Elxan Məmmədov təyin olunub. Artıq İşçi Qrupun tərkibi müəyyənləşib:

1. Sərxan Hacıyev

2. Cavid Qarayev

3. Mikayıl Quluyev

4. Könül Mehdiyeva

5. Səbinə Hüseynova

6. Rəmiş Malıyev

7. Elnur Məmmədov

Xatırladaq ki, əmrin icrasına nəzarəti AFFA-nın prezidenti Rövnəq Abdullayev öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com