Otüstü hokkeyçilərimiz çexləri məğlub etdilər

Otüstü hokkeyçilərimiz çexləri məğlub etdilər

Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası yoxlama oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, yarışa hazırlığın növbəti mərhələsini Çexiyanın paytaxtı Praqada keçirən baş məşqçi Saleh Hüseynovun rəhbərlik etdiyi yığmamız meydan sahibləri ilə qarşılaşıb.
İlk sınaq qarşılaşmasında millimiz 4:3 hesablı qələbə qazanıb. Hokkeyçilərimiz növbəti yoxlama oyununda qarşıdakı Avropa çempionatında eyni qrupda çıxış edəcək Uels yığması ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə