Dünən Avroliqanın birinci təsnifat mərhələsinin oyunları keçirilib. Siasport idman portalının verdiyi xəbərə görə, Azərbaycanı turnirdə təmsil edən İnter klubu öz meydanında Finlandiya təmsilçisi "Mariehamn" ilə qarşılaşıb. Oyunun 7-ci dəqiqəsində İnter hesabı Asif Məmmədovun vurduğu qolla açıb. Qarşılaşmanın 72-ci dəqiqəsində isə əks-hücum təşkil edən finlər P.Yokiharanın vurduğu qolla hesabı bərabərləşdiriblər. İndi İnteri səfərdə çətin oyun gözləyir.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 11-də Finlandiyada keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB