Droqba Obi Mikeli "Qalatasaray"a gətirir

Droqba Obi Mikeli "Qalatasaray"a gətirir

İstanbulun "Qalatasaray" futbol klubunun ulduz futbolçusu Didye Droqba, həmyerlisi Obi Mikeli "cim bom"a gətirmək üçün hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu "Milliyet" qəzeti məlumat yayıb. Məlumata əsasən, "Çelsi"nin futbolçu üçün irəli sürdüyü fantastik transfer qiymətinə görə O.Mikeli almağı düşünməyən "Qalatasaray", yalnız bu futbolçunu icarə əsasında öz heyətinə qatmağa hazırlaşır. D.Droqbanın artıq futbolçu ilə bir sıra şərtləri müzakirə etdiyi də bildirilir. Məlumata əsasən, "Çelsi"nin yeni baş məşqçisi Joze Mourinyonun həm "Qalatasaray"ın baş məşqçisi Fatih Terimlə, həm də D.Droqba ilə yaxın dostluq münasibətlərinə sahib olması, bu futbolçunun keçidini asanlaşdıra bilər. "Milliyet" iddia edir ki, O.Mikel illlik 3 milyon avro qarşılığında "Qalatasaray"da çıxış etməyə müsbət yanaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə