Aleks "Fənərbaxça"ya qayıdır?

Aleks "Fənərbaxça"ya qayıdır?

İstanbulun "Fənərbaxça" futbol klubundan qalmaqallı şəkildə ayrılan braziliyalı Aleks De Souza, yenidən keçmiş komandasına qayıda bilər. Siasport.az saytı xəbər verir ki, keçmiş baş məşqçi Aykut Kocamanla qarşıdurmalardan sonra istanbul klubunu tərk edən "Fənərbaxça"nın braziliyalı kapitanı, yeni baş məşqçi Ersun Yanalı öz twitter səhifəsindən təbrik edərək, ona uğurlar arzulayıb. E.Yanal isə, keçmiş kapitanın olduqca dəyərli futbolçu olduğunu deyərək, yenidən onunla işləmək istədiyini elan edib. Türkiyənin "Milliyet" qəzeti iddia edir ki, başda Əziz Yıldırım olmaqla "Fənərbaxça" rəhbərliyi də A.D.Souzanın yenidən komandaya dönərək ən azı 1 il futbolçu kimi çıxış etməsini və daha sonra komandanın məşqçilər korpusunda yer almasını istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə