FİFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, Reytinq siyahısına əvvəlki kimi İspaniya millisi başçılıq edir. Almaniya millisi isə ikincidir. Argentina isə bir pillə geriləyərək üçüncü yeri itirib. Onu siyahıda dörd pillə irəliləyişə nail olan Kolumbiya yığması əvəzləyib. Futbol üzrə Azərbaycan millisi isə, bu siyahıda bir pillə irəliləyərək 117-ci pilləyə qalxıb. DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Portuqaliya 7-ci (-1), Rusiya 17-ci (-6), İsrail 64-cü (-2), Şimali İrlandiya 111-ci (+5), Lüksemburq isə 141-ci (+4) yeri tutur. Qardaş Türkiyənin milli komandası reytinqdə bu dəfə üç pillə geriləyərək 57-ci yerə düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB