"Bizim üçün çətin oyun oldu. Matçın vaxtının 2 gün əvvələ çəkilməyindən başlayaraq meydanın süni örtüklü olmağı havanın həddən artıq isti keçməyi futbolçulara bacarıqlarını göstərməyə imkan vermədi".Siasport.az saytı xəbər verir ki, bu fikirləri apasport.az saytının Maltaya ezam olunmuş əməkdaşına açıqlamasında "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak deyib. Avropa Liqasının I təsnifat mərhələsindən Maltanın "Slima" klubu ilə səfər oyununu dəyərləndirən təcrübəli uelsli mütəxəssis uğursuz nəticənin səbəblərini göstərib. Belə ki, Toşakın fikrincə, 1:1 hesabı ilə yekunlaşan oyunda bir sıra amillər öz mənfi təsirini göstərib: "Rəqib isə doğma meydanda oynadığından əzmlə mübarizə aparırdı. Ola bilsin ki, bəzi səhvlərə yol verdim. Amma futbolçular həmin şəraitdə mümkün olan, əlləri gələn hər şeyi etməyə çalışdılar. Nəticəyə görə günah futbolçularda yox, məndədir."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB