"Çelsi" Van Persinin həmyerlisini transfer etdi!

"Çelsi" Van Persinin həmyerlisini transfer etdi!

İngiltərənin "Çelsi" futbol klubu daha bir transferin reallaşmasına nail olub. Siasport.az saytı xəbər verir ki, Joze Mourinyonun baş məşqçisi olduğu "zadəğanlar" komandası, Hollandiyanın "Vitess" futbol klubunun forvardı Marko van Qinkeli heyətinə cəlb edib. Məlumata əsasən, gənc futbolçu yalnız tibbi müayinədən keçəndən sonra "Çelsi"nin heyətinə qatılacaq. İngilis klubu hollandiyalı futbolçu ilə müqavilə dəyəri və vaxtı barədə heç bir rəsmi məlumat açıqlamayıb. Qeyd edək ki, M.Qinkel yola saldığımız mövsümdə Hollandiya çempionatında ən yaxşı gənc futbolçu seçilib. O "Vitess"in heyətində meydana çıxdığı 41 qarşılaşmada 12 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə