Neftçi" futbol klubunun baş məşqçisi Böyükağa Hacıyev dünən axşam Almaniyanın "Energi Kotbus" klubu ilə keçirilən yoxlama oyununda 0:2 hesablı məğlubiyyəti şərh edib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi klubun rəsmi saytına verdiyi açıqlamada bildirib ki, gərgin məşqlərdən sonra bir sıra futbolçularda yorğunluq hiss olunurdu: "Hazırlıq çərçivəsində üçüncü yoxlama matçını keçirdik. Almaniya klubu ilə oyunumuz maraqlı alındı. Fiziki yükləmələrin fonunda futbolçuların davamlılıq göstəricilərini yoxladıq. Adətən, belə məşqlərdən sonra futbolçularda müəyyən yorğunluq nəzərə çarpır ki, bu da normal haldır. Fasilədən sonra isə heyətin böyük əksəriyyətini dəyişdik. Təcrübəli rəqiblə qarşılaşmada Elşən Abdullayev, Nicat Qurbanov, Slavik Alxasov, Məqsəd İsayev kimi gənclərə şans verdik. Düşünürəm ki, onlar yalnız təcrübə baxımından rəqibdən geri qalırdı". B.Hacıyev ikinci hissədə şans verdiyi komandanın yeni transferi hücumçu Melvin Platyenin oyununa da qiymət verib. O, futbolçunun komandaya hələ uyğunlaşmadığını deyib: "Hiss olunur ki, futbolçu komandaya uyğunlaşma prosesini keçir. İnanıram ki, "Skenderbeu" ilə keçirəcəyimiz matça kimi komanda tam hazır olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB