Azərbaycan “hərbiçiləri” Malini darmadağın etdi

Azərbaycan “hərbiçiləri” Malini darmadağın etdi

Ötən gün Bakıda hərbiçilər arasında dünya çempionatına start götürüb. Turinirin ilk günündə 1 oyun keçirilib. Azərbaycan milli komandası Mali yığmasını 4:0 hesabı ilə darmadağın edib. Bu turnirdə 16 komanda yer alıb.

İlk matçı qələbə ilə tamamlayan hərbiçilərdən ibarət milli komandamızın baş məşqçisi Nazim Süleymanov oyunla bağlı təəssüratlarını bölüşdü.

Acıqlama verən baş məsşqçi qələbəyə inandıqlarını dilə gətirib: "Biz qələbəyə köklənmişdik. Qalib gələcəyimizə də inanırdıq. Zənnimcə komandamız yaxşı oyun nümayiş etdirdi. İlk matçda əzmkarlıq göstərdikləri üçün istədiklərinə nail oldular. Verdiyim tapşırıqları yerinə yetirməyə çalışırdılar. Düzdür, fiziki cəhətdən bəzi səhvlərimiz var idi. Təbii ki, baş məşqçi olaraq çalışdırdığım komandanın çatışmazlıqlarını da görürdüm. Məsələn, müdafiə xəttində müəyyən dərəcədə diqqətsizlik oldu. Oyunçular arasında əlaqə bir az deyə bilərəm ki, zəif idi. Rəqib hücumda qapımızda təhlükə yarada bilər, buna çox diqqət etməliyik. Amma ümumilikdə nəticə yaxşı oldu. Növbəti oyunlarda bunlara diqqət edib daha da yaxşı çıxış edəcəyimizə inanıram".

Qeyd edək ki, millimizin 16 komandanın qatıldığı, iyulun 14-ə kimi davam edəcək turnirdə Kanada və İraq yığmaları ilə də bir qrupa düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə