"Xəzər Lənkəran" Malta klubu ilə bacarmadı

"Xəzər Lənkəran" Malta klubu ilə bacarmadı

Dünən axşam Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, qitə miqyaslı klub turnirinin açılış matçında "Xəzər Lənkəran" səfərdə ilk görüşünü keçirib. Təmsilçimiz Malta "Slima"sı ilə münasibətlərinə aydınlıq gətirib. Təəsüf ki, matçın favoriti kimi göstərilən cənublular, ilk oyunda cütün taleyini həll etmək üçün mütləq qələbə qazanmağa çalışsalar da, buna nail ola bilməyiblər. Malta təmsilçisinin ciddi müqaviməti ilə qarşılaşan komandamız meydanı 1:1 hesablı bərabərliklə tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə