İstanbulun "Qalatasaray" futbol klubu daha bir transfer reallaşdırmaq fikrinə düşüb. Siasport.az saytı xəbər verir ki, "cim bom" İngiltərənin "Mançester Siti" futbol klubundan ayrılacağını bəyan edən serbiyalı Aleksandr Kolarovu heyətinə cəlb etməyi düşünür. Türkiyənin nüfuzlu "Milliyet" qəzeti yazır ki, istanbul klubu "Yuventus" və "İnter"in də transfer etmək istədiyi A.Kolarovu heyətinə qatmaq üçün 6 milyon avrodan keçməyə hazırlaşır. Məlumata əsasən, ingilis klubu serb futbolçu üçün daha yaxşı maliyyə şərtləri təklif edən "Qalatasaray"a satmağa meylli görünür. Artıq "Qalatasaray"ın bu futbolçuya olan marağı barədə İngiltərə mətbuatı da yazılar dərc etməyə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB