"Qəbələ"nin yeni transferi Ukrayna klubu ilə yoxlama oyununa qatılmayacaq

"Qəbələ"nin yeni transferi Ukrayna klubu ilə yoxlama oyununa qatılmayacaq

"Qəbələ" futbol klubunun yeni transferi sayılan və klubla 1 illik müqavilə bağlayan Daniel Subotiç hələ yeni komandasının düşərgəsinə qoşulmayıb. Siasport.az saytı xəbər verir ki, bu barədə Qəbələ təmsilçisinin baş meneceri Zaur Əzizov açıqlama yayıb. Onun sözlərinə görə, bosniyalı futbolçu hazırda yaşadığı İsveçrədədir. Belə ki, 24 yaşlı futbolçu iyulun 4-dən etibarən yeni komandasına qoşulacaq. Bu isə o deməkdir ki, hücumçu "Qəbələ"nin sabah Zaporojye "Metallurq"u ilə oyununda meydana çıxmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə