Hollandiyalı menecer Melvin Platyenin "Neftçi"yə transferi barədə danışdı

Hollandiyalı menecer Melvin Platyenin "Neftçi"yə transferi barədə danışdı

Hollandiyanın "NEK" futbol klubundan son Azərbaycan çempionu olan Bakının "Neftçi" futbol klubuna transfer olan Melvin Platyenin meneceri Vinni Haatrex maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, təcrübəli hollandiyalı futbol meneceri 24 yaşlı M. Platyenin Bakı klubuna transferini düzgün addım sayır: "Həmişə öz müştərilərimə demişəm ki, 23 yaşdan sonra onların pul haqqında düşünməyə ixtiyarları çatır. Əgər futbolçu yaşca böyükdürsə, o, futboldan sonrakı həyatını da düşünməlidir. Melvin orda NEK-dəkindən 5 dəfə çox qazanacaq. Üstəlik bonusların sayı da Hollandiyadakından çox olacaq. Belə təkliflərə 2 cür yanaşmaq olar. Ya neqativ yanaşıb təklifi geri çevirməlisiniz. Ya da ancaq qəbul etmək lazımdır. Biz sonuncunu etdik".

Bütün xəbərlər Facebook səhifəmizdə