Moyes "Everton"dakı köməkçilərini "Mançester Yunayted"ə gətirdi

Moyes "Everton"dakı köməkçilərini "Mançester Yunayted"ə gətirdi

"Mançester Yunayted"in yeni baş məşqçisi Devid Moyeslə işləyəcək məşqçilərin adı açıqlanıb. Siasport.az saytı xəbər verir ki, şotlandiyalı baş məşqçi, "Everton"da köməkçisi olmuş üç mütəxəssisi yanına gətirib. Bunlar 42 yaşlı Stiv Raund, 53 yaşlı Kris Vuds və 65 yaşlı Cimmi Lamsdendir. 2008-ci ildən Liverpul təmsilçisində çalışan Raund "qırmızı şeytanlar"da Moyesin assistenti olub. Vuds qapıçılarla işləyəcək və Lansden isə Devidin digər yardımçısı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə